BAYRAQDAR MEDİA – Avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə qeyd edilir ki, görüş Avropa Birliyinin Prezidenti Şarl Mişelin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində təşkil edilib.
Ş.Mişelin də iştirakıyla keçirilən Azərbaycan-Ermənistan görüşünün ayrıntıları haqqında hələlik məlumat verilmir.