Press "Enter" to skip to content

256 namizəd qeydiyyatdan keçib

Son yeniləmə: 31 Avqust 2022 09:50

BAYRAQDAR MEDİA – Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə növbəti test imtahanı sentyabrın 11-də keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 31-də Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Məlumata əsasən, test imtahanı vermək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında sentyabrın 1-dək aparılacaq.

Avqustun 31-i saat 09:00-a olan məlumata görə, 256 nəfər (AB – 8, AC – 15, BA – 70, BB – 163) qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında aşağıdakı kateqoriyaya aid namizədlər iştirak edə bilərlər:

-Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

-“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.

Qeyd olunub ki, namizədlər test imtahanı proqramları ilə DİM-in saytında tanış ola bilərlər: “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test imtahanında yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar DİM-in internet portalında yerləşdirilib”.

Mission News Theme by Compete Themes.