BAYRAQDAR MEDİA – Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) maraqlı təşəbbüslə çıxış edib. Belə ki, müharibə səbəbilə Türkiyəyə gəlmək məcburiyyətində qalan Krım tatarları və ukraynalılar YTB və Konya Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Konyaya səfər ediblər.
Bununla bağlı məlumatda deyilir ki, Rusiyanın 2014-cü ildə Krımı, daha sonra 2022-ci ilin fevralından Ukraynanı işğal etməsindən sonra bölgədəki Krım tatarları və ukraynalılar Türkiyəyə gəlməli olub: “Türkiyədə qonaq olan Krım tatarları və ukraynalılar YTB və Konya Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Konyaya səfər ediblər. Krım tatar və ukraynalı uşaqlar da Konyanın parklarını və mədəniyyət sahələrini gəziblər. Mövzu ilə bağlı YTB sosial şəbəkədə paylaşım edib”.
Savaş nedeniyle Türkiye'de bulunan ve aralarında Kırım Tatarları'nın da bulunduğu #Ukraynalı misafirler, Başkanlığımız ve @konyabuyuksehir işbirliğinde düzenlenen program kapsamında Konya’yı gezdi. pic.twitter.com/d4fC9zH5P1
— YTB (@yurtdisiturkler) August 27, 2022