Son yeniləmə: 30 Avqust 2022 13:47
BAYRAQDAR MEDİA – Azərbaycana səfər edən İrəvan xanları nəslinin varisi və nümayəndəsi Əmir Əli Sərdari İrəvaninin ailə üzvləri ilə birlikdə Qarabağda olub. Onun bu səfəri ilə bağlı “Vətən uzaqda deyil” proqramının xüsusi buraxılışı hazırlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 30-da Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) məlumat verilib.
Bildirilib ki, Komitənin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı Əmir Əli Sərdari İrəvani Füzuli, Şuşa, Ağdam və Bərdə rayonlarında olub, bir sıra abidələri və tarixi məkanları, eyni zamanda varisi olduğu nəslin nümayəndələrinin məzarlarını ziyarət edib: “Əmir Əli Sərdari İrəvani Vəsilə Vahidqızının müəllifi və aparıcısı olduğu “Vətən uzaqda deyil” proqramına eksklüziv müsahibə verib”.