Son yeniləmə: 30 Avqust 2022 17:17
BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı günü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı videoslayd hazırlayıb.
Baş İdarədən bildirilib ki, videoslaydda Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı, eləcə də tarixi haqqında geniş məlumat verilib: “1922-ci il avqustun 26-da Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin avqustun 30-da Dumlupınarda qələbə ilə nəticələnməsinin bayram kimi qeyd olunduğu bildirilib. Birinci Dünya müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb”.
Vurğulanıb ki, ilk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.