Press "Enter" to skip to content

Yeni hökuməti də o quracaq

Ana Brnabiç və Aleksandr Vuçiç

BAYRAQDAR MEDİA – Serbiyada yeni hökuməti quracaq şəxsin kimliyi bəlli olub. Belə ki, Prezident Aleksandr Vuçiç yeni hökuməti qurmaq üçün 2017-ci ildən ölkənin baş naziri olan Ana Brnabiçə səlahiyyə verib.

Bu barədə Balkan News məlumat yayıb.

Bildirilib ki, A.Brnabiç bu dəfə baş nazir postunda az müddətdə qalacaq. Çünki 2024-ci ildə hökumət dəyişəcək.

Serbiya dövlət başçısı “A.Brnabiçin vəzifədə qalması payız və qışın gəlişi ilə yaranacaq problemlərin həlli prosesini sürətləndirəcək. Bu işdə təcrübəli birinin olması böyük əhəmiyyət kəsb edir”, – deyə bildirib.

Məlumata əsasən A.Vuçiç parlamentin keçmiş sədri İvitsa Daçiçə də ciddi tapşırıq verdiklərini ifadə edib. Onun həm nazir, həm də baş nazirin müavini vəzifəsi ilə yanaşı Təhlükəsizlik Xidmətləri Koordinatoru olaraq fəaliyyət gösətərəcəyi bildirilib.

Mission News Theme by Compete Themes.