Press "Enter" to skip to content

Səfirdən rəssamlar üçün maraqlı mərasim

Mərasimdən xatirə fotosu

Son yeniləmə: 29 Avqust 2022 15:10

BAYRAQDAR MEDİA – Avqustun 26-da Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores tərəfindən maraqlı mərasim təşkil edilib. Belə ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olan rəssamlar üçün musiqili tədbir keçirlib.

Bu barədə BAYRAQDAR MEDİA-ya layihə rəhbəri Elnurə İskəndərova məlumat verib.

Qeyd olunub ki, 80-ə yaxın rəssam və media nümayəndələrinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan səfir rəssamları və qonaqları salamlayıb. Çıxışında Azərbaycanla Meksika arasında yüksək dostluq, qardaşlıq münasibətlərindən danışan diplomat xüsusilə iki ölkə arasında mədəni əməkdaşlığın inkişafında xüsusi rolu olan Elnurə və Aygün İsgəndərovalara, həmçinin rəssamlara dərin təşəkkürünü bildirib.

Səfir Xuan Rodriqo Labardini Flores çıxış edərkən
Səfir Xuan Rodriqo Labardini Flores çıxış edərkən

Çıxışında səfirə xüsusi diqqət üçün təşəkkür edən E.İsgəndərova rəssamlarla sərgilərə həvəslə hazırlaşdıqlarını, hər uğurun arxasında böyük zəhmətin olduğunu bildirib: “Əsas məqsədimiz Azərbaycanın bütün ölkələrlə dostluq və mədəni əlaqələrinə dəstək verməkdir”.

Daha sonra Xalq rəssamı, professor Arif Hüseynov, Mədəniyyət Nazirliyinin əməkdaşı Lalə Azəri, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İB-nin sədri Nadir İsmayılov və başqaları çıxış edərək bu tədbirin əhəmiyyətindən danışıblar. Çıxışçılar rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, mərasim iştirakçıları Meksika mətbəxinin təamlarını dadıb, Azərbaycanın tanınmış kaman ustası Şəhriyar Musayev möhtəşəm ifasında musiqilər dinləyiblər.

Mission News Theme by Compete Themes.