Press "Enter" to skip to content

İsveçrədə festivalın əsas hadisəsi

“Azərbaycanın Dostları” Birliyi Azərbaycanı İsveçrədə keçirilən milli geyim və rəqs festivalında

Son yeniləmə: 29 Avqust 2022 15:40

BAYRAQDAR MEDİA – “Azərbaycanın Dostları” Birliyi Azərbaycanı İsveçrədə keçirilən milli geyim və rəqs festivalında uğurla təmsil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 29-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, festivalda Azərbaycan, İspaniya, Portuqaliya, Finlandiya, Ukrayna, Sri-Lanka və digər ölkələrin milli-mədəni birlikləri iştirak edib: “Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Bakıdan dəvət olunan “Ritm” rəqs qrupu festivalda “Yallı”, Sarı gəlin”, “İgidlər”, “Azərbaycan naxışları”, “Odlar yurdu” və digər milli rəqslərimizi təqdim ediblər. Milli adət-ənənələrimizi əks etdirən bu rəqslər tamaşaçılarda böyük rəğbət doğurub”.

Təşkilatçılar Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyini festivalın əsas hadisəsi adlandırıblar və yüksək sənət nümunəsi nümayiş etdirən “Ritm” rəqs qrupuna xüsusi minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, bu festival güləş üzrə İsveçrə çempionatı ərəfəsində təşkil olunub.

Mission News Theme by Compete Themes.