Press "Enter" to skip to content

İranın türkofobiya xəstəliyi

Savaş Mərəndli

Son yeniləmə: 29 Avqust 2022 11:30

Savaş Mərəndli: Naxçıvan İranın daim boş xəyalı olaraq qalacaq, lakin Zəngəzur dəhlizi bizim bir həqiqətimiz oldu

BAYRAQDAR MEDİA – “Öncə onu qeyd edim ki, İranın fars işğal rejimi fars milliyətçiliyi üzərində qurulmuşdur. Ötən bir əsrdə İranın orada fars olmayan digər millətləri qısnayaraq farslaşdırmaqla tək millət yaratmaq ideologiyası Pəhləvilər zamanı davam etdirilmişdir”.

İran mollası Naxçıvanı ilhaq etməyə çağırdı

Bunu iranlı diplomat Əbülfəzl Zöhrəvəndin Azərbaycan və Türkiyə haqqında səsləndirdiyi sərsəm “bəyanat”a münasibət bildirən Guney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli deyib.

Onun sözlərinə görə, burada ilk hədəf “yeni düzəni” təhdid edən Azərbaycanı yox etmək olmuşdur: “Bu siyasət, yəni Azərbaycanı parçalamaq siyasəti Rıza şahın dönəmindən başlamış, Məhəmməd Rza şahın hökmdarlığı dövründə ən yüksək həddə çatmışdır. Onlar Azərbaycanı ərazi olaraq daha da kiçik vilayətlərə parçalayıb zəif düşürməyə çalışıblar. Şah rejimindən sonra isə İran İslam Cümhuriyyəti bu yola daha da şiddətli bir şəkildə davam edib”.

Fars-molla rejiminin “diplomat”ına daha bir sərt cavab

S.Mərəndli deyib ki, Azərbaycanın qərb bölgələrinə İraq və Suriyadan kürdləri gətirib yerləşdirərək Azərbaycanın milli tərkibini dəyişdirmək cəhdi şah dövründən başlamış və hələ də davam etməkdədir: “Urmu gölünün qurudulması və milli sərvətlərimizin talanması, Azərbaycan türklərini yaşadıqları yerdən məcburi köçməyə məruz qoyur. Bu isə onların yeni fars bölgələrində assimilyasiya olub, azlıq təşkil edib tədricən məhv olmasına aparır. İran adlanan bu yerdə rejim Güneylilərə öz doğma dilində təhsil almağa qadağa qoyub, türk tarixini dəyişdirib, türklərə ağır təhqirlər edərək gözdən salır. Mədəniyyət abidələrinin hamısını kökündən dağıdırlar”.

Onun sözlərinə görə, İran diplomatlarının Azərbaycan əleyhinə bəyanat və fikirləri mütəmadi hal alıb. Bunun da səbəbi var: “Azərbaycan İranın strateji problemidir. Məhz buna görə, İranın fars işğal rejimi ABŞ və ya İsraildən ehtiyat etmir, lakin Azərbaycandan qorxur. Əslində niyə qorxur, onun da səbəbləri var. Məsələ burasındadır ki, İran Azərbaycanı zəiflətmək üçün uzun illər səy göstərib. İran 30 il erməni işğalçılarıyla çiyin-çiyinə verib, onlara dəstək olub. 44 günlük müharibədə silah-sürsatlar Ermənistana daşınmasın deyə sinəsini önə verən Güneylilər hələ də zindanlarda əzab çəkirlər. Beləliklə, hər gün daha da qüdrətlənən Azərbaycan, həmçinin Güney Azərbaycandakı milli oyanışın daha da güclənməsi onları təlaşa salır”.

Əbülfəzl Zöhrəvəndin sərsəmləmələri təəccüblü deyil

S.Mərəndli qeyd edib ki, Zəngəzur dəhlizinin açılması məsələsi İranın yuxusunu kabusa çevirib: “Çünki bu, Azərbaycanı tək Türkiyə ilə deyil bütün türk dünyası ilə bağlayır. Lakin onların cəhdləri də, Əbülfəzl Zöhrəvənd kimilərin dili ilə səsləndirdikləri fikirlər də əbəsdir. Naxçıvan xəyallarına düşən İranın son iddiaları isə elə boş xəyal olaraq qalacaq. Lap kökünə kimi işləmiş türkofobiya İranı daim qorxu içində yaşadacaq”.

3 Comments

  1. Əcəb Əyri Ərboğan Əcəb Əyri Ərboğan 30 Avqust 2022 09:35

    Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurası, HASTİR! 👍

    • Hamdüllah M. Hamdüllah M. 31 Avqust 2022 09:14

      Hər yerdə Azərbaycan üçün SAVAŞan Təşkilat – İRan bölməsi (HASTİR)

    • Hamdüllah M. Hamdüllah M. 31 Avqust 2022 20:25

      Hər yerdə Azərbaycan üçün SAVAŞan Təşkilat – İRan bölməsi (HASTİR) !

Comments are closed.

Mission News Theme by Compete Themes.