Son yeniləmə: 29 Avqust 2022 17:48
BAYRAQDAR MEDİA – Güney Azərbaycana qarşı təzyiqlərin davam etdiyi İranda molla rejimi tərəfindən türk dili və türklər təhqir olunmaqda davam edir. Son olaraq isə İranda cəhənnəmin dilinin türkcə, cəhənnəmə gedənlərin isə türklər olacağına dair sərsəm fikirlər səslənib.
Kırım Haber Ajansı xəbər verir ki, bu cür sərsəmləməni iranlı Ayətullah Müctəhadi Tehrani edib.
Məlumata əsasən, bu İran mollasının səs yazısı ortaya çıxıb. Güney azərbaycanlı jurnalist Məsud Harayın xəbərinə görə, səs yazısında A.M.Tehrani aşağıdakı ifadələrdən istifadə edir: “Türklər cənnətə gedəndə ərəb olur, farslar və ərəblər cəhənnəmə gedəndə türk olurlar. Türklər cəhənnəmə getmək istəyirlərsə bu, asandır. Çünki cəhənnəmdə türkcə danışırlar. Hədis var, cənnətdə ərəbcə danışırlar. Yaxşı, türklər ərəb olurlar. Ərəblər, farslar cəhənnəmə gedərsə, türk olarlar. Məsələn, cəhənnəm məmurları “cəhənnəmə get” demək istədikləri zaman “get cəhənnəmə” deyəcəklər. Əgər geciksən, “tez ol, tez ol” deyəcəklər”.