Press "Enter" to skip to content

Haluk Bayraktarın müsahibəsi rusları qəzəbləndirib

Son yeniləmə: 29 Avqust 2022 14:11

BAYRAQDAR MEDİA – Rus hakerlər Bayraktar ailəsini və “Baykar”ı təhdid edib.

Kırım Haber Ajansının məlumatına görə, buna səbəb Haluk Bayraktarın Rusiya ilə bağlı verdiyi müsahibə olub.

Belə ki, müsahibədə ondan “çoxlu pul verilsə, Bayraktarı Rusiyaya satarmısınız” sualına cavab istənilib. H.Bayraktar isə cavab olaraq “Bizim işimizin əsasını heç vaxt pul və maddi şeylər təşkil etməyib. Moskva bizə nə qədər pul təklif etsə də, biz onlara satmayacağıq”, – deyib.

Məhz bu sözlər rusları özündən çıxarıb. Bundan sonra rus hakerlər Bayraktar İHA-lara qarşı təhdidedici fikirlər yayıblar. Rus hakerlar hədə mesajının Telegram vasitəsilə yayıblar.

Məlumatda o da deyilir ki, Rusiya bu yaxınlarda “Baykar”ın Ukraynada istehsal müəssisəsi açacağı təqdirdə həmin müəssisənin birbaşa hədəfə çevriləcəyi xəbərdarlığını etmişdi.

Mission News Theme by Compete Themes.