Press "Enter" to skip to content

Azərbaycan QHT-lərindən Prezident İlham Əliyevə təşəkkür

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva tədbirdə çıxış edərkən

BAYRAQDAR MEDİA – Avqustun 26-da ölkə QHT-lərinin müraciəti əsasında Agentliyin ofisində Laçın şəhərinin azad olunması ilə bağlı görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 29-da Agentlikdən məlumat verilib.

Bildirilib ki, görüşü giriş nitqi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva açıb. O, “tariximizə və dövlətçliyimizə qızıl hərflərlə yazılan şanlı qələbə regionumuzda yeni geosiyasi reallıqlar yaradıb. Ölkə başçısının rəhbərliyi ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin qayıdışının təməlini qoyub. Bu günü çox əlamətdar bir xəbərlə açdıq. Laçının tam azad olunması ilə bağlı ölkə başçısının rəsmi Twitter səhifəsində edilən paylaşım hər birimizi qürurlandırdı”, – deyib.

Tədbir zamanı
Tədbir zamanı

Məlumata əsasən daha sonra qeyri-hökumət təşkilatlarının təmsilçiləri çıxış ediblər: “Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatnın sədr müavini Cəlil Xəlilov, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin (İB) sədri İradə Polad, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin nümayəndəsi Niyazi Quliyev, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İB-nin sədri Rey Kərimoğlu, “Xankəndi” məcburi köçkünlərə dəstək İB-nin sədri Vəliyeva Xatirə, “Xocalı Soyqırımını Tanıtma” İB-nin sədri Şamil Ələkbərli, Qarabağ Müharibə Veteranlarına Yardım İB-nin sədri Növrəstə Yusifova, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İB-nin sədri Radə Abbas, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafiz Səfixanov, Sağlam İnkişaf və Maarifləndirmə İB-nin sədri Anar Xəlilov, Dialoq naminə İB-nin nümayəndəsi Samir Pənəliyev, Milli QHT Forumunun sədri Rauf Zeyni, “Jurnalist Ekspert Mərkəzi” İB-nin sədri Ceyhun Musaoğlu, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyev, “Ortaq Dəyərlər” İB-nin sədri Aqil Camal, Tarix və Mətbuat Araşdırmalarına Dəstək İB-nin sədri Nəsiman Yaqublu, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB-nin sədri Xalid Kazımov, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin sədri Fariz Xəlili, Azərbaycanın İşğal Olunmuş Ərzilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İB-nin sədri Faiq İsmayılov öz fikirlərini çatdırıblar. Natiqlər Laçın şəhəri, Sus və Zabux kəndinin Azərbaycan Ordusunun nəzarətinə keçməsinə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür ediblər”.

Mission News Theme by Compete Themes.