Press "Enter" to skip to content

Azərbaycan Beynəlxalq Maarif Məktəbləri açılışa hazırdır

Səfir Cahit Bağçı məktəb haqqında məlumat verərəkən

Son yeniləmə: 29 Avqust 2022 13:47

Cahit Bağçı: Dörd tədris binasından ibarət təhsil müəssisəsində 300-350 şagirdin təhsil alması nəzərdə tutulub

BAYRAQDAR MEDİA – Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının daha da gücləndirilməsi üçün növbəti addım atılır. Belə ki, yeni tədris ilindən etibarən Azərbaycanda Türkiyənin Beynəlxalq Maarif Məktəbləri (ABMM) fəaliyyətə başlayacaq.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəmizdə Beynəlxalq Maarif məktəblərinin fəaliyyətə başlaması münasibətilə təşkil olunan tədbirdə çıxışında bildirib. Səfri deyib ki, məktəblərin açılışı yaxın günlərdə olacaq: “Dörd tədris binasından ibarət təhsil müəssisəsində 300-350 şagirdin təhsil alması nəzərdə tutulub. Artıq şagirdlərin qeydiyyatı prosesinə başlanılıb. Məktəbdə müasir infrastruktur yaradılıb”.

C.Bağşı onu da qeyd edib ki, Beynəlxalq Maarif Məktəbləri təhsil standartına əsasən, məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində əsas fənlərlə yanaşı, dərsdənkənar məşğələlər də təşkil olunacaq.

67 ölkədə 429 təhsil müəssisəsi və 50 minə yaxın şagird

Tədbirdə məlumat verilib ki, Türkiyə Maarif Vəqfi 17.06.2016-ci ildə TBMM tərəfindən 6721saylı qanunla qurulan və xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisəsləri açma səlahiyyətinə malik dövlət qurumudur: “Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi və 50 minə yaxın şagird təhsil alır. Beynəlxalq Maarif Məktəblərinin əsas istiqamətlərindən biri də şagirdlərin vətənpərvər, millətinə, bayrağına, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual bir şəxsiyyət kimi formalaşaraq, gələcək hədəflərinə sərbəst qərarlarla addımlamasını, insanların ortaq dəyərləri ilə Anadolunun hikmət ənənəsini və mədəniyyətini bir araya gətirməkdən ibarətdir”.

Müəssisə dörd tədris binasından ibarət
Müəssisə dörd tədris binasından ibarət

Qeyd edilib ki, yeni tədris ilindən etibarən Beynəlxalq Maarif Məktəbləri ilk dəfə olaraq Azərbaycanda fəaliyyət göstərəcək: “Doqquz min kv. metrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binalarından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub. Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək”.

Eyni zamanda 5 dili akademik səviyyədə öyrənmək imkanı

Məlumata əsasən məktəbdə STEAM, robotik kodlama, kompyuter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir: “Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, Türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. ABMM-də dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək. Təhsil müəssisəsində Azərbaycan, xarici və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur”.

Mission News Theme by Compete Themes.