Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatı alqışlayır

Bağdad Amreyev

BAYRAQDAR MEDİATürk Dövlətləri Təşkilatının TDT) Katibliyi 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin icrasının davamı kimi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını məmnuniyyətlə qarşılmaqdadır.

Bu fikirlər təşkilatın baş katibi Bağdad Amreyevin məsələ ilə bağlı açıqlamasında öz əksini tapıb.

Açıqlamada daha sonra deyilir: “TDT qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha təsdiq edir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirib. TDT Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtmasına xidmət edəcək diplomatik səylərin vacibliyini vurğulayır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdardır”.

Mission News Theme by Compete Themes.