Son yeniləmə: 27 Avqust 2022 13:46
BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və General Motors International şirkətinin vitse-prezidenti Coni Saldana ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 27-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirlib ki, görüşdə iqtisadiyyat nazirinin müavini Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi barədə məlumat verib: “Qeyd edilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var. Özbəkistan şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən biznes layihələrində fəal iştiraka dəvət olunub”.
Məlumata əsasən, “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Ş.Umurzakov ölkəsində Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verildiyini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb: “Tərəflər maşınqayırma sahəsində əməkdaşlığın inkişafı, o cümlədən digər ölkələrin bazarlarına birgə ixracın genişləndirilməsi barədə müzakirə aparıblar. Qeyd edək ki, “Uzavtosanoat” SC şirkəti minik və yük avtomobillərinin, avtobusların və avtomobil komponentlərinin istehsalı və satışı sahəsində fəaliyyət göstərir. Şirkətin əsas istehsal çeşidinə “Chevrolet”, “Ravon” brendinə məxsus minik avtomobilləri və “ISUZU” markalı avtobuslar daxildir”.