Press "Enter" to skip to content

Məşhur rusdan rus dilinin əsl mahiyyəti haqqında sözlər

Mixail Xodorkovski

BAYRAQDAR MEDİA – “Azərbaycan və Qazaxıstan prezidentləri rus dilində ünsiyyətdən imtina ediblər. Onların hər biri öz dilində danışıb.”

Bu cümlə son günlər qardaş Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana səfəri ilə bağlı xəbərlərdə yer alıb.

Amma sözümüz bunda deyil.

Sözümüz ondadır ki, rusların ən məşhurlarından biri – Mixail Xodorkovski bununla Rusiyanın və onun yumşaq gücünün çöküşünə diqqət çəkib.

Rusiyalı iş adamı, ictimai-siyasi xadim M.Xodorkovski Twitter hesabında bu sitatın ardınca yazır: “Post-imperiya Rusiyasının planetin böyük bir parçasını birləşdirən dil və mədəniyyət kimi böyük bir yumşaq gücü qalmışdı. Ölkənin başındakı bir “səviyyəsiz” bu təsir imkanını toza-dumana çevirdi”.

M.Xodorkovski daha sonra yazır: “Nüfuz və mədəni təsirin itirilməsi rusiyalıların gələcək nəsillərinə sanksiyalardan və Avropanın Rusiya qazından imtinasından daha baha başa gələcək”.

“Təkbaşına hakimiyyət üzündən beynini itirmiş “rəhbərlərin” məhz belə intihar sayağı qərarları avtoritar rejimli ölkələrin məhvinin səbəbidir.” Bu sözlər də M.Xodorkovskiyə aiddir.

“Parlament boşboğazlığı” və “qərbin yarımçıq liderləri” üzərində gülmək olar. Lakin sonda onlar sağ qalır, rəhbərlər isə ölkəni məhv edir”, – deyə M.Xodorkovski yazıb.

https://twitter.com/mich261213/status/1563064857767084032?s=20

Mission News Theme by Compete Themes.