Son yeniləmə: 27 Avqust 2022 14:47
BAYRAQDAR MEDİA- Türkiyənin İstanbul və Bursa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 1-ci çoxtərəfli gənclərin mübadiləsi proqramı yekunlaşıb.
Gənclər və İdman Nazirliyinin məlumatına əsasən proqram çərçivəsində könüllülük fəaliyyətləri və gənclər sahəsində işlə bağlı təqdimat və görüşlər, eyni zamanda, İstanbul və Bursa şəhərində mədəni, tarixi yerlərə, gənclər mərkəzlərinə ziyarətlər baş tutub: “Proqramda Azərbaycanı təmsil edən gənclərdən ibarət nümayəndə heyəti iştirak edib. Türk dövlətləri arasında yaxşı münasibətlərin inkişaf etdirilməsini və mövcud dostluq əlaqələrinin möhkəmləndirilməsini, gənc liderlərin yetişdirilməsini nəzərdə tutan bu proqramda nümayəndə heyətimiz öz fəaliyyətləri ilə bağlı məlumatlar verib”.