Press "Enter" to skip to content

Ahıl şəxslərin iştirakı ilə “Gəzinti futbolu”

Ahıl şəxslər üçün layihə

Son yeniləmə: 27 Avqust 2022 15:02

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, UEFA və AFFA-nın birgə təşkilatçılığı ilə ahıl şəxslər üçün “Gəzinti futbolu” (Walking football) adlı sosial layihəyə başlanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 27-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, layihəyə Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri cəlb olunub: “Məqsəd yaşlı insanları aktiv və faydalı yaşlanmaya, cəmiyyətdə fəal rol oynamağa həvəsləndirmək, eləcə də onların asudə vaxtlarını səmərəli təşkil etmək, ahıllara daima diqqətdə olduqlarını hiss etdirməkdir. Layihənin açılışında Agentliyin, AFFA-nın nümayəndələri və b. iştirak edib”.

Qeyd edilib ki, AFFA tərəfindən təşkil olunmuş məşqçi heyəti tərəfindən həftədə iki dəfə olmaqla ahıl şəxslər üçün gəzmək üzərindən futbol dərsləri və məşqləri həyata keçirilir: “Layihə iştirakçıları AFFA tərəfindən idman ləvazimatları ilə də təmin olunub. Oktyabr ayında isə ahıllarla veteran futbolçuların yoldaşlıq oyununun təşkil olunması nəzərdə tutulub”.

Mission News Theme by Compete Themes.