Press "Enter" to skip to content

Qardaş ölkədən Laçın açıqlaması

Türkiyə Xarici İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Laçın şəhəri ilə Zabux və Sus kəndlərinin üçtərəfli Bəyanat əsasında davam edən proses çərçivəsində bu gün Azərbaycana qaytarılmasından məmnunluq duyuruq.

Bu fikirlər qardaş Türkiyənin Xarici İşlər Nazirliyini Laçınla bağlı açıqlamasında öz əksini tapıb.

Nazirliyin internet səhifəsində yerləşdirilən açıqlamada “Güney Qafqazda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində mühüm addım olan bu hadisənin Azərbaycan-Ermənistan münasibətlərinə olduğu kimi, regional normallaşmaya da töhfə verəcəyinə ümid edirik. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək”, – deyə daha sonra vurğulanıb.

Mission News Theme by Compete Themes.