Press "Enter" to skip to content

Növbəti onlayn vətəndaş qəbulu

Son yeniləmə: 26 Avqust 2022 15:00

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov 2 saylı Mərkəzi Aran Regional Filialı, Gəncə-Daşkəsən Regional Filialı, 1 saylı Qazax-Tovuz Regional Filialı, Mil-Muğan Regional Filialı və Fondun Qəbul Mərkəzinə gələn vətəndaşları onlayn qaydada qəbul edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 26-da DSMF-dən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşlar pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı müraciət ediblər.

Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəziləri yerində həllini tapıb, bir qisminin isə həll olunması üçün fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Mission News Theme by Compete Themes.