BAYRAQDAR MEDİA – Monteneqro Prezidenti Milo Cukanoviç ölkəsinin Ukraynanın azadlıq mübarizəsini dəstəklədiyini bildirib.
Məlumata əsasasən M.Cukanoviç sosial media hesabından Ukraynanın Müstəqillik Günü münasibətilə mesaj yazıb.
Prezident Vladimir Zelenskinin və Ukrayna xalqının Müstəqillik Günü münasibətilə təbrik edən M.Cukanoviç mesajında bu sözləri qeyd edib: “Monteneqro azadlıq, ərazi bütövlüyü, suverenlik və müstəqillik uğrunda mübarizəsində Ukrayna dövlətinin və cəsur Ukrayna xalqının yanındadır. Yaşasın Ukrayna!”
Cordial congratulations to the President @ZelenskyyUa and people of Ukraine for the Independence Day. 🇲🇪 stands with 🇺🇦 and brave Ukrainian people in their defence of freedom, territorial integrity, sovereignty, and independence. Slava Ukraini!
— Milo Đukanović (@DjukanovicCG) August 24, 2022