BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi yekunlaşır.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 26-da Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vakansiya seçimi proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada təşkil olunub. Namizədlər avqustun 26-sı saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməli idilər: “Əlavə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Qeyd edək ki, vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün təqvim ili ərzində müsahibələrin həyata keçirilməsi nəzərdə tutulub”.