BAYRAQDAR MEDİA – Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) Rusiyanın Ukraynaya qarşı başladığı müharibə səbəbindən Türkiyəyə sığınan Ukrayna və Krım tatar gənclərinə təhsil dəstəyini davam etdirir.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Ukraynadakı müharibə səbəbilə təhsillərinə ara verməli olan bir çox Ukrayna vətəndaşı məhz YTB sayəsində təhsillərini davam etdirəcəklər.
YTB-nin bununla bağlı açıqlamasında 2021-ci ildə Ukraynadan Türkiyə Bursları proqramına 1 min 210 nəfərin müraciət etdiyi, bu proqram çərçivəsində indiyədək Ukraynadan min dörd yüz tələbənin dəstəkləndiyi, 110 ukraynalı tələbənin hazırda təhsilini davam etdirdiyi qeyd olunub.
Açıqlamada Türkiyədə təhsilini başa vuran və məzun olan 430 tələbənin olduğu bildirilib. YTB tərəfindən hazırlanan Ukrayna-Türkiyə Dostluq Layihəsi çərçivəsində çoxlu sayda Ukrayna və Krım tatar gəncinin İstanbul, Ankara və Çanaqqalada turistik turlara aparıldığı da qeyd edilib.
Bundan başqa 2018-ci ildən YTB tərəfindən dəstəklənən “Krım Ailə Məktəbi” layihəsi çərçivəsində 125 Krım tatar şagirdi həftə sonları ana dili və tarix, musiqi, folklor və əl işləri mövzularında dörd qrupda təlim keçib. Bildirilib ki, layihə çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün nəzərdə tutulan təlim proqramı ilə 19 müəllimə 120 saat təlim verilib. 2019-cu ildə Krım Tatar Gənclər Konqresinin keçirildiyi xatırladılaraq, 300 Krım tatarına bu platformada iştirak etmək imkanı verildiyi bildirilib.