Son yeniləmə: 25 Avqust 2022 10:38
BAYRAQDAR MEDİA – İsrailin Bosniya və Herseqovinadakı səfiri Noah Qal Gendler ölkənin daxili işlərinə qarışdığı üçün vəzifəsindən azad edilib.
Bu barədə məlumatda deyilir ki, İsrailin Baş naziri Yair Lapid Bosniya və Herseqovinadakı xorvat siyasi partiyaların seçki qanununun dəyişdirilməsi tələbini dəstəkləyən səfirin bu addımını qınayıb.
İsrail mediası Xorvat Demokrat Birliyi (HDZ) və bu ölkənin siyasi partiyaların tələblərini dəstəkləyən Noah Qal Gendlerin bu addımını “İsrail diplomatiyasının ən aşağı səviyyəli hərəkəti” kimi qiymətləndirib.
İsrailin Xarici İşlər Nazirliyi isə Noah Qal Gendlerin yerinə Nyu-Yorkdakı baş konsul Qalit Peleqin təyin edildiyini açıqlayıb.