Press "Enter" to skip to content

Önəmli olan yaxşı bir universitet qurmaqdır

Dr. Nihat Büyükbaş

Son yeniləmə: 25 Avqust 2022 08:17

Dr. Nihat Büyükbaş: Buna görə də tərəflər hər şeyə xüsusi həssaslıqla yanaşırlar

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) başqanı Erol Özvar 2021-ci ilin dekabrında Azərbaycanda səfərdə olmuşdu. Onun dekabrın 2-də Bakıda Prezident İlham Əliyevlə görüşündə Türkiyə-Azərbaycan ortaq ali təhsil müəssisəsinin qurulması yönündə də fikir mübadiləsi aparılmışdı.

Azərbaycan-Türkiyə ortaq universiteti qurulacaq

Bəs, Türkiyə-Azərbaycan ortaq universitetinin qurulması istiqamətində hazırda vəziyyət necədir?

Artıq fəaliyyətini başa vuraraq qardaş ölkəyə dönən Türkiyənin Azərbaycandakı keçmiş təhsil müşaviri Dr. Nihat Büyükbaş BAYRAQDAR MEDİA-ya müsahibəsində bu suala da aydınlıq gətirib.

Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyətlər davam edir: “İlk mərhələdə ortaq universitetin Bakıda qurulması nəzərdə tutulub. Hər iki tərəf bu məsələnin reallaşmasında maraqlıdır. Amma bir sıxıntı var ki, bu da hər iki tərəfdə yavaş işləyən bürokratiyanın olması ilə bağlıdır. Əslində, bu bürokratiya da normaldır. O baxımdan ki, son nəticədə iki ayrı dövlətik. Bu iki dövlətin fərqli qanunları, fərqli qaydaları var. Sizin tarix boyu inkişaf etdirdiyiniz bir sisteminiz var. Bizim əsrlər boyu Anadoluda müstəqil ölkə olaraq inkişaf etdirdiyimiz prinsiplər var”.

Hamımız bu torpaqlara bağlıyıq

Dr. N.Büyükbaş deyib ki, universitet qurmaq çox asandır: “Önəmli olan yaxşı bir universitet qurmaqdır. Buna görə də tərəflər hər şeyə xüsusi həssaslıqla yanaşırlar. Elə bir universitet qurmalıyıq ki, dünyaya nümunə olsun. Elə bir universitet qurmalıyıq ki, orada yetişəcək, ali təhsil alacaq şəxslər bütün sahələrdə türk dünyasının öndə gedən mütəxəssisləri, liderləri kimi ad qazana bilsinlər. Həm də bu universitet elə olmalıdır ki, dünyanın hər yerindən burada təhsil almağa maraq göstərənlər çox olsun. Bu baxımdan bu universitetin qurulması müəyyən vaxt aparacaq. Ancaq qurulandan sonra çox gözəl bir universitet olacaq”.

Mission News Theme by Compete Themes.