Press "Enter" to skip to content

Müavinət, təqaüd və ünvanlı yardımlar ödənilib

Son yeniləmə: 25 Avqust 2022 19:14

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları avqustun 25-də bu gün ödənilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya ƏƏSMN-dən məlumat verilib.

Məlumatda deyilir ki, vətəndaşlar həmin sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər: “Bundan əvvəl, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib. Beləliklə, bütün sosial təminat növləri üzrə avqust ayının sosial ödənişləri yekunlaşıb”.

Mission News Theme by Compete Themes.