Press "Enter" to skip to content

Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri

Leyla Abdullayeva

Leyla Abdullayeva: Bu, ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər

BAYRAQDAR MEDİA – “Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli medianın ABŞ Dövlət katibinin 24 avqust tarixli mətbuat bəyanatının şərh edilməsinə dair sorğusunu cavablandırarkən deyib.

XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumat görə, L.Abdullayeva deyib ki, Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub: “Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir”.

Mission News Theme by Compete Themes.