Son yeniləmə: 25 Avqust 2022 12:10
BAYRAQDAR MEDİA – Bir neçə gün öncə qardaş Türkiyənin Eskişehir şəhəri ilə bağlı maraqlı məlumat yayılıb. Belə ki, “Koza Altın” şirkəti Eskişehir Kaymazda 20 min unsiya potensial qızıl qaynağı müəyyən etdiyini açıqlayıb.
Açıqlamada bu kəşfin “Koza Altın”ın 2022-ci il dövriyyəsinə beş yüz milyon TL töhfə verəcəyini bildirilib: “2022-ci ildə Kaymazda mövcud açıq yataqlarda aparılan filiz işlənməsi qazmaları nəticəsində təxminən 20 min unsiya potensial qızıl mənbəyi müəyyən edilib. Bu mənbədən təxminən 16 min unsiya qızıl hasilatı hədəflənib. Filiz 2022-ci ildə Kaymaz zavodunda istehsal olunacaq. Şirkətimizin 2022-ci il dövriyyəsi təxminən beş yüz milyon TL olacaq”.
Xatırladaq ki, 1 unsiya qızı l 3.103 qram deməkdir. Bir unsiya Britaniya çəki vahididir.