Son yeniləmə: 25 Avqust 2022 09:35
BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Azərbaycan komandasının üzvü Şahin Oruczadə (55 kq) uğurla çıxış edərək finala yüksəlib. Qızıl medal uğrunda fransalı idmançı Dicol Zaçariyeyə məğlub olan cüdoçu yarışı gümüş medalla başa vurub.
Digər cüdoçu Məhəmməd Məmişov (50 kq) turniri 5-ci yerdə tamamlayıb.
Qeyd edilib ki, Azərbaycan cüdoçuları avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.