Press "Enter" to skip to content

Azərbaycanın Baş naziri Qırğızıstan Prezidenti ilə görüşüb

Əli Əsədov Sadır Caparovla

BAYRAQDAR MEDİA – Azərbaycanın Baş naziri Əli Əsədov Qırğızıstana səfəri çərçivəsində qardaş ölkənin Prezidenti Sadır Caparov ilə görüşüb.

Xəbəri avqustun 25-də BAYRAQDAR MEDİA-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən veriblər.

Xəbərdə deyilir ki, görüş Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib.

“Qırğızıstan Prezidenti S.Caparov Baş nazir Ə.Əsədovu və iclasın digər iştirakçılarını, o cümlədən Avrasiya Hökumətlərarası Şurasının üzvlərini və tədbirdə müşahidəçi və qonaq qismində iştirak edən dövlətlərin hökumət başçılarını salamladı. Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qırğızıstan Prezidentinə çatdırdı. Ə.Əsədov, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının ikitərəfli gündəliyində duran məsələlərə toxundu”, – deyə xəbərdə bildirilir.

Qeyd edək ki, Ə.Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfərdədir.

Mission News Theme by Compete Themes.