Son yeniləmə: 24 Avqust 2022 16:56
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) əlaqələrin genişləndirilməsi və yeni biznes təşəbbüslərinin reallaşdırılması məqsədilə yerli və xarici sahibkarlarla görüşləri davam etdirir.
Bu barədə Agentlikdən məlumat verilib.
Qeyd olunub ki, KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov Qazaxıstanın “QazTrade” Ticarət siyasətinin inkişafı mərkəzinin baş direktoru Azamat Askarulı ilə görüşüb.
Tərəflər Azərbaycan və Qazaxıstan biznesləri arasında ticarət dövriyyəsinin artırılması və əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin keçirilməsini müzakirə edib.