BAYRAQDAR MEDİA – Beynəlxalq Muğam Mərkəzi (BMM) Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Onlardan biri də “Muğam axşamları” layihəsidir.
Bu barədə BMM-dən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilir: “Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdıran layihə böyük maraqla qarşılanır. İlin sonuna kimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Rast” , “Şur”, “Zabul-Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbari”, “Osmanlı”, “Heydəri”, “Bayatı Qacar”, “Mahur hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı Kürd” , “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab” və “Şirvan şikəstəsi təqdim olunacaq”.
O da bildirilib ki, BMM “Muğam axşamları” layihəsini 2017-ci ildən həyata keçirir: “Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir”.