Press "Enter" to skip to content

Layihə böyük maraqla qarşılanır

BMM “Muğam axşamları” layihəsini 2017-ci ildən həyata keçirir

BAYRAQDAR MEDİABeynəlxalq Muğam Mərkəzi (BMM) Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Onlardan biri də “Muğam axşamları” layihəsidir.

Bu barədə BMM-dən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilir: “Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdıran layihə böyük maraqla qarşılanır. İlin sonuna kimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Rast” , “Şur”, “Zabul-Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbari”, “Osmanlı”, “Heydəri”, “Bayatı Qacar”, “Mahur hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı Kürd” , “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab” və “Şirvan şikəstəsi təqdim olunacaq”.

O da bildirilib ki, BMM “Muğam axşamları” layihəsini 2017-ci ildən həyata keçirir: “Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir”.

Mission News Theme by Compete Themes.