BAYRAQDAR MEDİA – Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, elana çıxarılan vəzifələr üzrə 4 min 222 nəfər qeydiyyatdan keçib: “Avqsutun 24-ü saat 10:10-dək olan məlumata görə, 282 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib. Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq”.