BAYRAQDAR MEDİA – Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin 2022-2023-cü il üçün yeni mövsümdə ilk konserti sentyabrın 17-də təqdim olunacaq.
Mərkəzdən verilən məlumata görə, həmin gün BMM-nin solistləri, sevilən xanəndələr Rəvanə Qurbanova, Elgiz Əliyev və Səbinə Ərəbli “Humayun” və “Heyratı” muğamlarını ifa edəcəklər. Xanəndələri BMM-nin solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara), Vasif Yusibli (ud) və Rəfael Əsgərov (balaban) müşayiət edəcəklər.
Qeyd edilib ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir.