Press "Enter" to skip to content

Xalq artisti Təranə Muradova ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Avqustun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, dosent Təranə Muradova ilə görüş keçirilib. Görüş “Qonağımız var” layihəsi çərçivəsində olub.

Bu barədə Baş İdarədən məlumat verilib.

Qeyd edilib ki, tədbirin aparıcısı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gültac Əlili qonaqları salamlayaraq, Xalq artistinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib: “Bildirilib ki, görüşün əsas məqsədi gənclərdə estetik zövqün formalaşması, onların dünyagörüşünün genişlənməsi, xüsusən incəsənətlə məşğul olmaq istəyənlərin düzgün istıqamətləndirilməsidir”.

Məlumata əsasən, mədəniyyət sarayında xoreoqrafiya sənəti ilə məşğul olan gənc rəqqaslara ustad dərsi keçməklə yanaşı, tanınmış rəqqasə onun sənətinə pərəstiş edən sevimli tamaşaçılarını maraqlandıran suallara cavab verib: “Görüşdə Mərdəkan Mədəniyyət sarayının “Lalələr” və “Azad” rəqs kollektivlərinin və Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs qrupunun gənc rəqqasları iştirak ediblər. Ardınca Xalq artisti “Uzundərə”, “Yallı” və digər milli rəqslərin nümunələrindən gənc rəqqaslara ustad dərsi keçib. Görüş maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə ilə başa çatıb”.

Sonda Xalq artisti Təranə Muradova tədbirin əsas təşkilatçısı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə və görüşə gələnlərə öz təşəkkürünü bildirib.

Mission News Theme by Compete Themes.