Press "Enter" to skip to content

Mevlüt Çavuşoğlu son durumdan bəhs edib -VİDEO

Son yeniləmə: 23 Avqust 2022 13:28

“Cənubi Qafqazda əbədi sülh, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq hərtərəfli və davamlı sülh anlaşması ilə gerçəkləşə bilər”

BAYRAQDAR MEDİA – “Xüsusi nümayəndələrimiz dörd dəfə görüşüblər. Onların missiyası Türkiyə ilə Ermənistan arasında əlaqələri mərhələli şəkildə qurmaqdır”.

Bunu qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.

Nazir “Azərbaycanın Zəfərindən sonra biz Cənubi Qafqazda davamlı sülhün təsis edilməsi üçün addımlar atırıq”, – deyə əlavə edib.

Ermənistanla normalaşma üçün ticarət sahəsində də bəzi addımların atıldığını diqqətə çatdıran M.Çavuşoğlu deyib ki, həyata keçirilən bu prosesi Azərbaycan ilə Ermənistan arasındakı prosesdən ayrı düşünmək düzgün yanaşma deyil: “Cənubi Qafqazda əbədi sülh, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq hərtərəfli və davamlı sülh anlaşması ilə gerçəkləşə bilər”.

Müsahibəsində işğal dövründə həyata keçirilən dağıntıları xatırladan nazir təəssüflə bildirib ki, ermənilər qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərini tərk edərkən yenə də hər şeyi yandırır və dağıdırlar. M.Çavuşoğlu bildirib ki, bu yolverilməzdir.

Nazir Ermənistana çağırış edərək, baş verənlərdən nəticə çıxarmağa tövsiyə edib.

Mission News Theme by Compete Themes.