Press "Enter" to skip to content

II mərhələnin nəticələri məlum olub

BAYRAQDAR MEDİA- Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açiqlanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 23-də Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd edilib ki, namizədlər imtahan nəticələri barədə məlumatı, DİM-in internet saytından öyrənə bilərlər: “Namizədlər həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər: “İmtahanda iştirakı gözlənilən 882 namizəddən 2 nəfər imtahana gəlməyib. Namizədlərdən 584 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb. II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 olub”.

Məlumata əsasən, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 25-dən 30-dək aparılacaq: “Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər. Jurnalda “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib”.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına avqustun 24-25-də bu sayt vasitəsilə müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.