Son yeniləmə: 23 Avqust 2022 13:21
BAYRAQDAR MEDİA – Yunanıstanın türklərin yaşadıqlaır Batı Trakya bölgəsindəki Dedeağaç limanında ABŞ və NATO-nun hərbi fəallığı artır. Bu liman son zamanlar ABŞ və NATO tərəfindən Avropanın cənub-şərq cinahında ağır silahların daşındığı hərbi bazaya çevrilib.
Bu barədə yayılan məlumatda deyilir ki, bu günlərdə daha bir silahla dolu gəmi Dedeağaça gəlib. Limana bağlanan “LIBERTY KING” yük gəmisi NATO təlimlərində istifadə olunmaq üçün Dedeağaça çoxlu sayda hərbi maşın və sursat gətirib. Dərhal boşaltma işlərinə başlanılıb və gəmidən boşaldılan hərbi maşınlar və konteynerlər əvvəlcə Bolqarıstana, sonra isə dəmir yolu və avtomobil yolu ilə Rumıniyaya göndərilir.