Press "Enter" to skip to content

Cüdoçular Göygölə toplaşır

BAYRAQDAR MEDİA – Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Bildirilib ki, ACF-nin təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçiriləcək: “25 avqustda başlayacaq və 3 sentyabra qədər davam edəcək təlim-məşq toplanışında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət milli yığma üzvləri ilə yanaşı Belçika, İsrail, Niderland, Polşa, Səudiyyə Ərəbistanı, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları iştirak edəcək”.

Qeyd olunub ki, 120-dən artıq idmançının qatılacağı təlim-məşq toplanışında Olimpiya Oyunlarının, Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları yer alacaqlar: “Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət milli yığması üçün 6-12 oktyabrda Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Dünya çempionatı və gənc oğlanlardan ibarət milli yığması üçün 15-18 sentyabrda Çexiyanın Praqa şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatı üçün hazırlıq məqsədi daşıyır”.

Mission News Theme by Compete Themes.