Press "Enter" to skip to content

“Bizi daha parlaq bir dövr gözləyir”

Görüş zamanı

BAYRAQDAR MEDİA– “Kıbrıs türkləri Yunus Emre İnstitutu vasitəsilə öz səslərini müxtəlif ölkələrdə eşitdirməyə başlayıblar”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDAİ-ya verilən məlumata görə E.Tatar ötən həftənin sonunda Yunus Emre İnstitunun başqanı Prof. Dr. Şeref Ateş və onu müşayiət edən heyətlə bir araya gəlib. Qəbuldakı çıxışında E.Tatar bu görüşdən məmnun olduğunu deyib. O, Kıbrıs türk xalqının bu qurum vasitəsilə müxtəlif ölkələrdə səsini eşitdirməyə başladığını vurğulayıb.

KKTC-nin bir dövlət olduğunu və qarşı tərəfin bunu görnızdən gəldiyini ifadə edən E.Tatar, “Onların oyununa gəlməyəcəyik. Türkiyə Cümhuriyyətinin dəstəyi ilə öz strukturumuzu gücləndiririk”, – deyib

“Biz gənclərimizlə fəxr edirik”, – deyən Cümhurbaşqanı daha sonra bildirib: “Bütün çətinliklərə baxmayaraq, KKTC-ni tanıtmaq üçün çalışan, mübarizə aparan bir xalqımız var və hər sahədə uğur qazanmaqdadır. Düşünürəm ki, çətinliklər aradan qaldırıldıqdan sonra bizi daha parlaq bir dövr gözləyir”.

Mission News Theme by Compete Themes.