Press "Enter" to skip to content

Yeddi ayda 16 faiz artım

Son yeniləmə: 22 Avqust 2022 11:41

BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu artımın əsasında qeyri-leqal məşğulluğun qarşısının alınması üçün görülən kompleks tədbirlər, ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayının daimi artması dayanır: “Ümumilikdə aparılan islahatlar nəticəsində son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə və ya 8 milyard manat artıb”.

Mission News Theme by Compete Themes.