BAYRAQDAR MEDİA – Ukraynanın Rusiyaya sarsıdıcı əks-zərbələr vurması oradakı rusları qorxuya salıb. Belə ki, son zərbələrdən sonra ruslar artıq Krımdan kütləvi surətdə qaşmağa başlayıblar.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiyanın 2014-cü ildən bəri işğal etdiyi Krımdan qaçan rusların bu qaçışı yollarda problemə səbəb olub. Belə ki, Ukraynanın əks-hücumlarından sonra Krımdan qaçan ruslar yenidən avtomobil yollarında kilometrlərlə uzanan tıxac yaradıblar. Qaçmaq üçün növbəyə duran rusların yarımadanı göz yaşları içində tərk etməsi gündəmə çevrilib.
O da qeyd edilib ki, Rusiyanın Ukraynanı işğal etmək cəhdi başlayandan sonra bir çox ruslar evlərini sataraq Rusiyaya qayıtmağa başlayıblar: “Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşlarının ailələrinin Krımdan Rusiyaya təxliyə edildiyini bildirib. Ukraynanın əməliyyatlarından sonra rusların Krımdan qaçması prosesi sürətlənməkdə davam edir”.
Kırım'dan kaçan Ruslar trafiği kitledihttps://t.co/7atKzhLJPt pic.twitter.com/e3Oh9f4BGp
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) August 21, 2022