Son yeniləmə: 22 Avqust 2022 18:47
BAYRAQDAR MEDİA – “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 avqust 2022-ci il
Fərqli ölkələrdə məktəb direktorlarının əməkhaqları – TƏHLİL
[…] Məktəb rəhbər və müəllimlərinin maaş artımı – CƏDVƏL […]