Son yeniləmə: 22 Avqust 2022 14:45
BAYRAQDAR MEDİA – Yunanıstanın Batı Trakyadakı türk azlığına qarşı təzyiqləri hər keçən gün daha da şiddətlənir. Bu arada qardaş Türkiyənin təqaüddə olan kontr-admiralı Cihat Yaycı Batı Trakya barədə növbəti həyəcanverici fikirlər səsləndirib.
Məlumata əsasən “Sözcü” qəzetinə müsahibəsində o, Batı Trakyanın Fələstinə çevrilmək üzrə olduğunu iddia edib. Cümə və ya cənazə namazı qılan müftilərin həbs cəzası aldığını bildirən C.Yaycı, “Türk şagirdlərə zorla yunan müəllimlər tərəfindən din dərsləri və yunan dilində yazılmış Quran öyrədilir”, – deyib.