Press "Enter" to skip to content

TRT-nin ortaq istehsalı olan filmin uğuru

Festivalın yekununda xatirə fotoau

Son yeniləmə: 20 Avqust 2022 19:57

“Sarayevonun ürəyi” mükafatlarının sahibləri bəlli oldu

BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinada keçirilən 28-ci Sarayevo Film Festivalının qalibləri bəlli olub.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumatda qeyd olunub ki, mərasim paytaxt Sarayevoda Milli Teatrda qırmızı xalının üzərindən keçidlə başlayıb. Bundan sonra keçirilən təntənəli təqdimat mərasimində “Sarayevonun ürəyi” adlanan mükafatlar sahiblərini tapıb.

Beləliklə, xorvat rejissor Juraj Lerotiçin “Təhlükəsiz məkan” filmi “Ən yaxşı bədii film”, serb rejissor Srdjan Kecanın “İnqilab muzeyi” filmi isə “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.

“Ən yaxşı qısametrajlı film” nominasiyası üzrə macar rejissor Balazs Turainin “Amok” filmi, “Ən yaxşı tələbə filmi” nominasiyası üzrə isə xorvatiyalı Yosip Lukiç və Klara Sovaqoviçin çəkdikləri “Ağcaqanadlar üçün soyuq deyil” filmi qalib olub.

Gecəyə damğa vuran müsbət mqəamlardan biri isə qardaş Türkiyənin TRT kanalı ilə bağlı olub. Belə ki, Ukraynalı rejissor Maryina Er Qorbaç TRT-nin ortaq istehsalı olan “Klondayk” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında qalib olub.

Həmçinin, Yuray Lerotiç “Təhlükəsiz məkan” filmindəki roluna görə “Ən yaxşı aktyor”, Viki Krieps isə “Korset” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyalarında mükafatları əldə ediblər.

Mükafatlandırma mərasimi kollektiv fotosessiyadan sonra başa çatıb.

O da qeyd edilib ki, bu il 28-ci dəfə qapılarını kinosevərlərin üzünə açan SFF “bədii film” kateqoriyasında 8 film, “qısametrajlı filmlər” kateqoriyasında 10 film, “sənədli filmlər” kateqoriyasında 22 film və “tələbə filmləri” kateqoriyasında 11 film nümayiş etdirib.

Mission News Theme by Compete Themes.