BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-iyul ayları ərzində 170,9 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 17 min 206-sı pensiya, 66 min 706-sı müavinət, 87 min 36-sı təqaüd təyinatı olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, ƏƏSMN tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb: “Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir”.