Press "Enter" to skip to content

Recep Tayyib Erdoğandan idmançılara təbrik

Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları artıq başa çatıb.

Bu möhtəşəm idman yarışında ev sahibi olan Türkiyə idmançıları xüsusi uğur nümayiş etdiriblər. Belə ki, türk idmançıları ümumilikdə 341 medal qazanıblar.

Yeri gəlmişkən, Cümhurbaşqanı Recep Tayyib Erdoğan bu uğur münasibəti ilə idmançılarını təbrik edib.

Twitter sosial hesabından edilən paylaşımda deyilir: “Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında alın təri tökən, ümumilikdə 341 medal qazanaraq tarixi nəticə əldə edən bütün idmançılarımızı təbrik edirəm. İslam aləminin fərqli guşələrindən ölkəmizə təşrif edən qonaqlarımıza ən səmimi təşəkkürümü bildirirəm”.

Mission News Theme by Compete Themes.