Press "Enter" to skip to content

Çində sərt karantin tətbiqi əks reaksiyaya səbəb olur

Polislər insanları zorla xəstəxanalra aparır

Son yeniləmə: 20 Avqust 2022 10:55

BAYRAQDAR MEDİA – Çin Xalq Respublikasının sədri Si Cinpinin göstərişi ilə tətbiq edilən “Sıfır COVID” sistemi çərçivəsində karantin tətbiq edilən böyük şəhərlər qapanıb. Test analizi vermək istəməyən çinlilərin evlərinə polis basqın edir.

Çinin türklərə qarşı basqıları davam edir

Bu barədə verilən məlumatda deyilir ki, Çində sərt karantin rejiminin tətbiqi hakimiyyətlə ictimaiyyət arasında zaman-zaman qarşdırmaya səbəb olur. Sosial media platformalarında xüsusi geyimli polis məmurlarının COVID-19 testi vermək istəməyən şəxslərin evlərinə basqın etdiyinə dair, həmçinin polislə vətəndaşlar arasında qarşıdurmanı əks etdirən videolar müxtəlif təbəqələrdə etirazla qarşılanıb.

Çinin Weibo sosial media saytının istifadəçiləri Çin yerli hakimiyyət orqanlarının Şanxay bölgəsindəki bəzi yaşayış yerlərini COVID-19 xəstələri üçün ələ keçirdikləri və mənzillərin sakinlərinin polis tərəfindən zorla xəstəxanaya aparıldığı barədə videolar paylaşıblar.

Mission News Theme by Compete Themes.