Press "Enter" to skip to content

Türkiyədə səhiyyə sistemində yenilik

Türkiyədə "Ailə diş həkimliyi" modeli tətbiq ediləcək

Son yeniləmə: 19 Avqust 2022 12:50

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Səhiyyə Nazirliyi səhiyyə sahəsində daha bir yenilik edir. Belə ki, Eskişehir, Kırşehir və Karabükdə 0-12 yaş arası uşaqlar üçün “Ailə diş həkimliyi” modeli pilot layihə olaraq reallaşdılmağa başlanıb.

Bununla bağlı məlumatda deyilir ki, bu addımı atmaqda məqsəd Səhiyyə Nazirliyi tərəfindən profilaktik ağız və diş sağlamlığı xidmətlərini genişləndirməkdir: “Nazirlik bu sistemi 2023-cü ildə bütün Türkiyə ərazisində tətbiq etməyi planlaşdırır. Bu proqramla profilaktik ağız və diş sağlamlığı xidmətlərini gücləndirmək üçün 2-12 yaş arası uşaqlar sistemə inteqrasiya olunacaq”.

Qeyd edilib ki, “Ailə diş həkimliyi” üçün MHRS tətbiqi ilə randevuların verilə biləcəyi sistemlə xüsusilə uşaqlar üçün vacib olan ağız və diş sağlamlığı yoxlamalarını asanlıqla həyata keçirmək mümkün olacaq.

Mission News Theme by Compete Themes.